Ru
18:44 / 25 Aprel 2026

ABŞ-nin kəşfiyyat təyyarəsi yenidən Kalininqrad yaxınlığında peyda oldu

ABŞ-nin kəşfiyyat təyyarəsi yenidən Kalininqrad yaxınlığında peyda oldu
Eye

Ötən gün ABŞ-yə məxsus "Bombardier Challenger 650 Artemis II" adlı kəşfiyyat və hədəf müəyyənləşdirmə təyyarəsinin Kalininqrad vilayəti ətrafında, eləcə də Qara dəniz üzərində uçuşlar həyata keçirməsi qeydə alınıb.

Bakupost.az bildirir ki, bu barədə TASS agentliyinə Avropa İttifaqının (Aİ) hava hərəkətinin idarə olunması xidmətində olan mənbə xəbər verib.

"Hava gəmisi Rumıniyanın Konstansa şəhərində yerləşən aerodromdan uçuşa başlayıb. Hazırda o, Kalininqrad vilayəti istiqamətində, Baltik dənizinin neytral suları ərazisində, həmçinin hava məkanını təqdim edən Polşa və Litva üzərində hərəkət edir", - deyə açıqlamada vurğulanır.

Bildirilib ki, sözügedən təyyarənin bu regionda görünməsi birinci dəfə deyil. O, cari ayın başlanğıcından etibarən Qara dənizin neytral sularında dəfələrlə uçuşlar edib.

Agentliyin məlumatlı mənbəsi əlavə edib ki, dünən Konstansadakı eyni aerodromdan havaya qalxan "Bombardier Challenger 650 Artemis II" Qara dəniz səmasında bir neçə saat ərzində qərbdən şərqə doğru və əks istiqamətdə hərəkət edib.

Təyyarə həmin ərəfədə Rumıniyanın hava məkanına daxil olaraq, hazırkı təsdiqlənmiş mülki aviasiya marşrutlarından kənarda uçuşlar həyata keçirib.

Apreldə "Bombardier Challenger 650 Artemis II" tipli hava gəmisinin Qara dəniz üzərində Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinə aid "Boeing RC-135W Rivet Joint" strateji kəşfiyyat təyyarəsi ilə birgə uçuşlar etdiyi də məlum olmuşdu.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar