Rusiya ABŞ və Ukrayna ilə Azərbaycanda danışıqlara razılıq verə bilər.
Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov "Podyom" nəşrinə verdiyi müsahibədə deyib.
V.Cabarov Azərbaycanın danışıqlar üçün optimal yer olduğunu vurğulayıb.
O, Moskva ilə Bakının hazırda yaxşı münasibətlərinin olduğunu da qeyd edib:
"Əgər rəsmi Bakı danışıqların bütün iştirakçılarının təhlükəsizliyini təmin etməyə hazırdırsa, düşünürəm ki, Rusiya nümayəndələri heç bir problem olmadan Azərbaycana yollana bilərər".
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski rəsmi Moskvanın razılığı ilə Rusiya ilə danışıqların növbəti mərhələsini Azərbaycanda keçirməyə hazır olduğunu bildirib.