Ru
14:12 / 25 Aprel 2026

İran növbəti müharibə astanasında: Rejim devriləcək?

İran növbəti müharibə astanasında: Rejim devriləcək?
Eye

İslamabadda ikinci raund danışıqların baş tutmaması fonunda üç aviadaşıyıcı zərbə qrupunun tərkibində ABŞ-nin 15 minlik dəniz piyadası 200-dən çox təyyarə və helikopteri Yaxın Şərqə gəlib.

Bakupost.az xəbər verir ki, bunlar "USS Abraham Lincoln", "USS Gerald R. Ford" və "USS George H.W. Bush" aviadaşıyıcılarıdır.
Politoloq Azər Qasımov Bakupost.az- bildirib ki, İrana qarşı müharibə yenidən başlayacaq:

“Tramp məsələnin birdəfəlik həllində maraqlıdır. O, yarımçıq sülhü istəmir. Bunun da yolu yalnız İran rejiminin devrilməsindən keçir. Yoxsa, milyardlarla vəsait xərclənib bu qədər qüvvə Yaxın Şərqə gətirilməzdi. Fikrimcə, böyük ehtimalla müharibə davam etdiriləcək”.

Hətta müsahibimiz geniş miqyaslı olmasa da yerüstü quru əməliyyatlarının keçiriləcəyini də istisna etmir:

“İran məsələsi İsrail üçün təhdid olmaqdan çıxmalıdır. Başlanmış bu prosesin yarımçıq qalma ehtimalı yox dərəcəsindədir”.

Politoloq hesab edir ki, danışıqlar ancaq əsas niyyətləri gizlətmək məqsədi daşıyıb:

“Tezliklə müharibənin əsas mərhələsi başlayacaq. Onun nəticələri müharibənin sonunu bəlli edəcək və böyük ehtimalla İranda rejim dəyişikliyi baş verəcək. İranın ABŞ-yə qalib gəlməsi praktiki olaraq mümkünsüzdür”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar