Ru
15:00 / 21 Aprel 2019

Gömrük qaydalarında vacib dəyişiklik - Baş nazirin qərarı

Gömrük qaydalarında vacib dəyişiklik  - Baş nazirin qərarı
Eye

"Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında dəyişikliklər edilib.



BakuPost xəbər verir ki, bu barədə baş nazir Novruz Məmmədov qərar imzalayıb.



Dəyişikliyə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim olunmalıdır.



Bundan başqa, qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olacaq, lakin bu, gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmayacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar