“3+3” formatında növbəti görüşün tarixi və məkanı hələ müəyyənləşdirilməyib.
Bakupost.az “Sputnik-Armeniya”ya istinadən verdiyi xəbərə görə, bunu Ermənistan Xarici İşlər Nazirliyi bildirib.
Açıqlamada bildirilir ki, iclasın təşkilinə dair məsələ bir neçə aydır müzakirə olunur. Platformaya üzv ölkələr görüşün İrəvanda və ya Bakıda keçirilməsi variantlarını nəzərdən keçirirlər.
Nazirlik xatırladıb ki, regional məsləhətləşmə platformasının iştirakçıları əvvəlki iclasın yekunlarına əsasən, qarşıdakı görüşlərin tarixi və yerinin diplomatik kanallar vasitəsilə, qarşılıqlı anlayış əsasında müəyyən ediləcəyi barədə razılığa gəliblər. Razılaşmaya görə, növbəti iki görüşün İrəvan və Bakıda keçirilməsi nəzərdə tutulur:
“Bu istiqamətdə konstruktiv müzakirələr davam etdirilir”
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Moskvanın növbəti iclasın təşkilinə dair Bakı və İrəvan arasında tezliklə razılıq əldə olunacağına ümid etdiyini açıqlamışdı.