Yay aylarında duz, su və qatıq qarışığından ibarət ayran nəinki dadlıdır, həm də faydalıdır. Probiotik qatıq içkisi bağırsaqlar üçün faydalıdır və aşağı kalorilidir.
Bakupost.az xəbər verir ki, həkim – diyetoloq Vasilisa Ponamaryovanın sözlərinə görə, yay günlərində bir stəkan ayran bədəninizin maye balansını bərpa etməyə kömək edə bilər.
“Ayranın tərkibindəki laktik turşu bakteriyaları bağırsaq sağlamlığınız və həzminiz üçün yaxşıdır. Ayranın müntəzəm istifadəsi bağırsaq florasını və immunitet sistemini gücləndirir.
100 ml ayranın tərkibində adətən 0,8 qram duz olur. Yayda çox tərləsəniz, duz balansını bir içki ilə tarazlaya bilərsiniz.
Ayranın tərkibində mühüm minerallar və mikroelementlər də var. Onlar sümüklərin və əzələlərin qurulması üçün vacibdir.
Ayranda az kalori var. 100 qramında cəmi 35 kilokalori, arıqlamaq istəyirsinizsə, peşman olmadan içə bilərsiz.
Həkimlər gündə cəmi altı qram duz qəbul etməyi məsləhət görürlər. Ona görə duzlu ayrana çox aludə olmayın”.
Günay Quliyeva
BakuPost