Ru
20:23 / 25 Aprel 2026

Gürcüstanda polis əməkdaşı həbs olundu: Məxfi məlumatlar...

Gürcüstanda polis əməkdaşı həbs olundu: Məxfi məlumatlar...
Eye

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu quruma aid məxfi məlumatları başqa mənbələrə ötürən polis əməkdaşını həbs edib.


Bakupost.az xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb.

Məlumatda deyilir ki, DTX-nin keçmiş əməkdaşı və hazırda Daxili İşlər Nazirliyində çalışan şəxs Dövlət Təhlükəsizlik Xidmətindən məxfi məlumatların sızdırılmasında ittiham olunaraq həbs edilib:

“Dövlət Təhlükəsizlik Xidməti hər hansı bir, hətta kiçikmiqyaslı daxili məlumat sızmasına qarşı həmişə xüsusilə sərt və barışmaz olacaq və belə bir hərəkəti edən hər kəs ciddi şəkildə cəzalandırılacaq”.

Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstan DTX xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq edən bir nəfəri həbs edib, daha iki nəfərin barəsində isə beynəlxalq axtarış elan olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar