Əməkdar artist Ruhəngiz Allahverdiyeva öncəgörücülük qabiliyyətinin olduğunu etiraf edib.
Bakupost.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni "İncə səhər" verilişində bu haqda danışıb. O, bildirib ki, illər əvvəl ona agah olan şeylər indi gerçəkləşir:
"Dünyada olan icadları öncədən görürəm. 20-30 il əvvəl bu gün nə olubsa, görmüşəm. Beynim mənə deyir ki, belə bir şey var. İç dünyam bunu mənə deyir.
Üstündən illər keçir və görürəm icad edildi. Hadisələri də görürəm. Altıncı hissdir, nədir bilmirəm. Nə məsələdir anlaya bilmirəm. 40 il bundan sonra olacaq bir şeyi necə görmüşəm?
Eyni zamanda 40 il əvvəl beynimin mənə dediyini indi olmuş kimi gördüm. Elə şeylər var ki, Allaha dua etmişəm ki, göstərməsin mənə, hiss etdirməsin, qorxmuşam".