Ru
16:25 / 11 Dekabr 2025

Həbs olunan gömrük işçisinin atası ilə bağlı maraqlı FAKT

Həbs olunan gömrük işçisinin atası ilə bağlı maraqlı FAKT
Eye

Xəbər verdiyimiz kimi, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov külli miqdarda qaçaqmalçılıq və vergidən yayınmaq ittihamı ilə həbs edilib.

Bakupost.az xəbər verir ki, Rəşad Daşdəmirov Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğludur.

1994-cü ildən 2000-ci ilə qədər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı olan Rasim Daşdəmirov ictimai müzakirələrə səbəb olan müxtəlif ifadələr və iddialarla yadda qalıb.

Bunlardan ən məşhuru zamanında tez-tez media və ictimai müzakirələrdə geniş yer alan “Lissabonun sammit şəhəri” ifadəsidir. Lissabonda keçirilən sammit barədə danışarkən şəhəri və sammiti qarışdıran sabiq başçı bu ifadəni işlətmişdi və bu kəlmə uzun illər siyasi savad və təqdimat bacarığına görə tənqid obyekti olmuşdu.

Keçmiş icra başçısı ilə bağlı mediada yayılan başqa bir hadisə də var. Belə ki, Gəncə sakini Gülafər İsmayılovanın iddiasına görə Daşdəmirov onu öz torpaq sahəsini boşaltmağa məcbur etmək üçün oğlunu əsgərlikdə öldürtməklə hədələyib. Bu iddia 2018-ci ildə geniş ictimai rezonans doğurmuşdu.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar