Ru
20:48 / 23 Sentyabr 2021

Həbsdə olan deputat saxlanma şəraitindən razıdır

2146

Milli Məclisin həbsdə olan deputatı Eldəniz Səlimovun vəziyyəti yaxşıdır.



Bakupost.az Modern.az -a istinadən xəbər verir ki, bu barədə onun vəkili İlqar Əliyev məlumat verib. Vəkil ötən həftə Eldəniz Səlimovla görüşdüyünü bildirib:

“Bu həftə hələlik görüşməyə vaxtım olmayıb. Ötən həftə görüşmüşəm. Dedi ki, səhhəti normaldır və saxlanma şəraitindən razıdır”.

Son günlər cəzaçəkmə müəssisələrində koronavirusa yoluxma hallarının aşkarlanmasına gəlincə, vəkil Eldəniz Səlimovun belə bir problemlə üzləşmədiyini söyləyib: “Təcridxanada koronavirus yoxdur”.

Xatırladaq ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Milli Məclisin avqustun 3-də keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib. Həmin gün Binəqədi Rayon Məhkəməsi onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib. Eldəniz Səlimov Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər