Ru
13:59 / 04 Sentyabr 2025

Hərbçimiz faciəvi şəkildə öldü - Rəsmi

Hərbçimiz faciəvi şəkildə öldü - Rəsmi
Eye

Azərbaycan Ordusunun hərbi qulluqçusu Nurəddin Natiq oğlu Mirzəyev sentyabrın 4-də VAZ-2106 markalı şəxsi avtomobildə hərəkət zamanı baş vermiş avtoqəzada vəfat edib.

Bu barədə Bakupost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xidmətdən kənarda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!", - məlumatda qeyd olunub.

***

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bakupost.az xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndi ərazisində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Nurəddin Mirzəyev sürdüyü VAZ-2106 markalı avtomobillə kənd ərazisində idarəetməni itirərək körpüdən aşıb. Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar