Ru
10:55 / 04 Dekabr 2025

Hikmət Hacıyev Armen Qriqoryanla görüşəcək

Hikmət Hacıyev  Armen Qriqoryanla görüşəcək
Eye

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 5-də Dohada görüşəcəklər.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.

Bildirilib ki, A. Qriqoryan "Doha Forumu" çərçivəsində təşkil olunacaq "Ermənistan-Azərbaycan davamlı sülh: Vaşinqton razılaşması və birgə gələcək" mövzusunda panel müzakirəsində Hikmət Hacıyev ilə birlikdə iştirak edəcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar