Ru
23:40 / 03 Dekabr 2025

Melaniya Tramp və İlon Mask ABŞ vətəndaşlığından məhrum ola bilərlər

Melaniya Tramp və İlon Mask ABŞ vətəndaşlığından məhrum ola bilərlər
Eye

ABŞ senatoru Berni Moreno tərəfindən irəli sürülən, ikili vətəndaşlığı qadağan edən qanun layihəsi ölkənin birinci xanımı Melaniya Trampa, dünyanın ən zəngin insanı İlon Mask və bir neçə digər məşhura təsir edə bilər.

Bakupost.az xəbər verir ki, bu barədə məlumat "Newsweek" jurnalında yayımlanıb.

Qanun qüvvəyə minərsə, ABŞ ilə yanaşı Sloveniya vətəndaşlığına malik olan Melaniya Tramp və oğlu Barron 12 ay ərzində yalnız bir ölkənin vətəndaşlığını seçməlidirlər.

Tramp ailəsindən əlavə, yeni qanun ABŞ, Cənubi Afrika Respublikası və Kanada vətəndaşlığı olan iş adamı İlon Mask, eləcə də kino ulduzları Tom Henks, Mila Kunis, Pamela Anderson və digər məşhurları da seçim qarşısında qoya bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar