Ru
20:43 / 03 Dekabr 2025

Türk müğənni: Ərdoğana görə boşanmağımızı təxirə saldıq

Türk müğənni: Ərdoğana görə boşanmağımızı təxirə saldıq
Eye

Türkiyəli məşhur müğənni Sinan Akçıl Burcu Kıratlı ilə boşanma prosesi ilə bağlı ilk dəfə diqqətçəkən detalı açıqlayıb.

Bakupost.az xəbər verir ki, müğənni bu haqda “Axşam TV”dən Yasemin İlana açıqlamasında danışıb.

Akçıl bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ona evliliyini bitirməzdən əvvəl bir daha düşünməyi tövsiyə edib:

“Prezidentimiz boşanmağımın türk gəncləri üçün yaxşı nümunə olmayacağını söylədi. Mənə yenidən cəhd etməyi təklif etdi”.

Akçıl görüşün Burcu Kıratlı və Əminə Ərdoğanın da iştirak etdiyi bir mühitdə keçdiyini bildirib.

Prezident Ərdoğanın məsləhəti ilə boşanma qərarını bir müddət təxirə saldıqlarını söyləyən məşhur müğənni “Prezidentimiz boşanmağımı bir il təxirə salmağa təkid etdi. Məntiqli şeylər dedi. Ona görə də yenidən cəhd etdik, alınmadı”, - deyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar