Ru
17:51 / 03 Dekabr 2025

Ticarət gəmilərinə hücumlar... - Ankara hansı addımları atacaq? – VİDEO

Ticarət gəmilərinə hücumlar... - Ankara hansı addımları atacaq? – VİDEO
Eye

"Qara dənizdə 4 gün ərzində ticarət gəmilərinə edilən hücumlar istər-istəməz diqqəti naviqasiya təhlükəsizliyinə yönəltdi. Bu hücumlar Ukrayna müharibəsinin nəticəsidir".

Bunu Bakupost.az -a türkiyəli siyasi şərhçi Güngör Yavuzaslan deyib.

O qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın bu hücumlarla bağlı tutduğu mövqeyi və tədbirlər görəcəyi barədə açıqlaması ölkənin təhlükəsiz bir ticarət dəhlizi yarada biləcəyi ehtimalını gündəmə gətirdi:

"Çünki Qara dənizdə ən uzun sahil xəttinə sahib olan ölkə Türkiyədir. Qara dənizə çıxışı olan 6 ölkədən ikisi (Ukrayna və Rusiya) müharibə vəziyyətindədir. Digər dörd ölkə Türkiyə, Bolqarıstan, Rumıniya və Gürcüstandır. Gürcüstan müharibəyə birbaşa cəlb olunmasa da, təsirlənən ölkələr sırasındadır.

Bu baxımdan, indiki vəziyyət Türkiyəyə boğazlarda, Qara dəniz xəttində, Türk ərazi sularında təhlükəsizlik üçün həmin ölkələrlə birlikdə müşahidə və nəzarət addımı atmağa imkan verəcək.
Türkiyə bunu həm beynəlxalq dəniz hüququ, həm dəniz səlahiyyət zonalarından doğan hüquqları, həm də suverenlik hüquqları sayəsində edəcək.

Hazırda ABŞ-də Rusiya-Ukrayna müharibəsi ilə bağlı müzakirələr aparılır. Türkiyə hər iki tərəflə görüşən yeganə ölkə olaraq müharibənin təsirlərindən uzaq durdu. Lakin ticarət gəmilərinə edilən hücumlar qəbuledilməzdir. Türkiyə lazımi addımlar atacaq".



Ayna Məmmədova

Bakı Post


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar