Ru
23:27 / 03 Dekabr 2025

Keçmiş baş nazir 15 il azadlıqdan məhrum edildi

Keçmiş baş nazir 15 il azadlıqdan məhrum edildi
Eye

2010-2014-cü illərdə Ukraynanın baş naziri vəzifəsini tutmuş Nikolay Azarov Kiyevin Peçorsk Rayon Məhkəməsi tərəfindən mülkiyyəti müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bakupost.az xəbər verir ki, bu barədə məlumat "Sudebnıy reportyor" nəşrinə istinadən yayımlanıb.

Məlumata görə, Azarov dövlətə xəyanət və həmçinin Ukraynanın dövlət sərhədlərinin dəyişdirilməsinə, habelə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışların yer aldığı materialların yayılmasında təqsirli bilinib.

Qeyd edək ki, Azarov Ukraynanı tərk edərək Rusiyaya köçüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar