Paytaxtın Aeroport yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakupost.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) hadisənin görüntülərini yayıb.
Qəza hərəkətdə olan avtomobil texniki nasazlıq səbəbindən yol kənarında dayanan başqa maşına çırpılması nəticəsində baş verib.
Qurum texniki nasazlıq səbəbindən yolda qalan avtomobil sahiblərinə müraciət edib:
"Texniki nasazlıq yaranarsa, təhlükəsizlik tədbirlərinə mütləq əməl edin:
– Avtomobili dərhal yolun kənarına çəkin;
– Qəza işıq siqnallarını yandırın;
– Nəqliyyat vasitəsinin arxasında azı 30 metr məsafədə qəza dayanma nişanı quraşdırın".