Ru
16:24 / 19 May 2026

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı AÇIQLAMA

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı  AÇIQLAMA
Eye

Bakı-Tiflis-Bakı sərnişin qatarı bərpası məsələsi dünən Azərbaycan Respublikasının Prezidenti və Gürcüstanın Baş naziri arasında müzakirə olunub.

Bakupost.az Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında qeyd edib.

“Hər iki ölkənin liderlərinin verdikləri tapşırıqlara uyğun olaraq aidiyyatı qurumlar bu istiqamətdə fəaliyyət göstərirlər. Bu gün hər iki ölkənin birgə qərarı ictimaiyyətə təqdim olundu”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Hikmət Hacıyev quru sərhədlər bağlı olduğu halda sərnişindaşımanın necə həyata keçiriləcəyi barədə suallara da münasibət bildirib:

“Hələki işlər aparılır. Hesab edirik ki, sərnişin daşınması ilə əlaqədar dəmiryol nəqliyyatının Gürcüstan və Azərbaycan arasında bərpasının təmin olunması barədə məsələnin həlli yolları var”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar