“Bazar dəyəri 4 trilyon 410 milyard dollar olan məşhur “NVIDIA” şirkəti Ermənistanda süni intellekt və “startup” layilərinin maliyyələşməsinin 1,5 milyard dollar sərmayə, investisiya qoyacağını açıqladı”.
Bakupost.az xəbər verir ki, bu barədə ReAL partiyası sədri Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, yaxın üç ildə, təqribən, 10 min keyfiyyətli iş yeri yaranacaq, dünyada əsas trend olan süni intellekt üçün lazım olan çiplərdən tutmuş proqram təminatına qədər bir çox sahələrdə aparıcı texnologiyalar Ermənistana gətiriləcək:
“Bundan başqa layihə gənclərin, maraqlı və yüksək gəlirli iş axtaran mütəxəssilərin ölkədən köçünün qarşısı alan faktora çevriləcək.
Ermənistanda ÜDM artımı, orta maaş, ÜDM-dən adambaşına düşən pay artıq bizdən çoxdur, səbəbi çox sadədir: iqtisadi azadlıqlar, kiçik-orta sahibkarlara aşağı vergilər, işlək təşviq proqramları – vəssalam.
Bu gün parlamentdə 2026-ci il büdcəsini təqdim edən Azərbaycan hökuməti, belə xəbərləri oxuyub, görüb, görəsən nə düşünür, nə etmək istəyir?! Ümumiyyətlə, düşünürmü, nəsə etmək istəyirmi?!”.
Lalə, BakuPost
Natiq müəllimin sözünə qüvvət- və İqtisadiyyatı bizdən daha çox inkişaf edəcək Ermənistanın müharibə revanşı etməyəcəyinə kim qarant verə bilər.
Azərbaycan hökumətini təmsil edənlər vurğuladığınız problemlərimiz barədə o zaman düsünəcəklər ki, idaretmə strategiyamızda milli ruh hökm sürəcək...
Dünyəvi dəyərli BakuPost, Yazar və Müsabib, Ermənistana həmin 4-dört trilyon dollarlıq lahyəninin Müəllifi də hesab edin ki, bizim Milli Məclis və hansısa intelligent illət Vəkilimizdir. Bir neçə ay elə bir deputatımız tezliklə dünyanın ən mükəmməl (çevik zəkalı və səmərəli məhsuldar) Süni İntellektini biz-dövlətimiz yaradacağıq demişdi.