Hörmüz boğazında bir gəminin mühərrik bölməsinə naməlum obyektin dəydiyi, hadisə nəticəsində ekipaj üzvləri arasında itkilərin olduğu bildirilib.
“Bakupost” xəbər verir ki, İngiltərə Dəniz Ticarət Əməliyyatları (UKMTO) Hörmüz boğazında bir gəminin naməlum obyekt tərəfindən vurulduğunu açıqlayıb.
Obyekt gəminin mühərrik bölməsinə dəyib. Hadisə nəticəsində ekipaj üzvləri arasında itkilərin olduğu bildirilib.
Gəmidəki digər ekipaj üzvlərinin isə Oman Sahil Mühafizəsi əməkdaşları tərəfindən xilas edildiyi qeyd olunub.
Hadisənin təfərrüatlarının və miqyasının araşdırıldığı bildirilib.
Vüsalə Hüseynova,
BakuPost