İsrail hərbi təyyarələri Suriyanın şimalındakı İdlib vilayətində yerləşən “Əbu Zuhur” hərbi hava limanına 4 hava zərbəsi endirib.
“Bakupost” xəbər verir ki, yerli mənbələr hücumların gecə saat 03 radələrində həyata keçirildiyini bildirib.
Hücum nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.
Suriyalı rəsmi qurumlar da hadisə ilə bağlı açıqlama verməyib.
Vüsalə Hüseynova,
BakuPost