Ru
16:03 / 23 Aprel 2021

Hüseynbala Mirələmov YAP-dakı vəzifəsindən də azad edildi

5362
Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən çıxarılıb.

Bakupost.az xəbər verir ki, bu barədə qərar bu gün YAP İdarə Heyətinin iclasında qəbul edilib.

O, həmçinin YAP-ın Xətai rayon təşkilatının sədri vəzifəsində azad edilib və YAP Veteranlar Şurasının üzvlüyündən də çıxarılıb.

Qeyd edək ki, aprelin 21-də sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. Həmin görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir. Görüntülər yayıldıqdan sonra H.Mirələmov ADNSU-da kafedra müdiri vəzifəsindən azad edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər