Məşhur türkiyəli sənətçi İbrahim Tatlısəs və oğlu Əhməd Tatlısəs arasında gərginlik davam edir.
Bakupost.az  Türkiyə KİV-ə istinadən xəbər verir ki, ata-oğul arasında davam edən problemlərə görə İbrahim Tatlısəs oğlu Əhməd Tatlısəs barəsində uzaqlaşdırma qərarı çıxarılması üçün məhkəməyə müraciət edib.
 
Məhkəmə isə bu müraciət əsasında elektron nəzarət tətbiqinə qərar verib.
Qərara əsasən, Əhməd  Tatlısəsə elektron qolbaq taxılıb və atasına müəyyən edilmiş məsafədən artıq yaxınlaşmaması barədə göstəriş verilib.
Məhkəmənin qərarından sonra İbrahim Tatlısesə də elektron izləmə cihazı təqdim olunub. Sistem vasitəsilə Əhməd Tatlıses atasına təyin edilmiş məsafəni keçdiyi anda hüquq-mühafizə orqanları dərhal məlumatlandırılacaq.
Lalə, BakuPost