20:24 / 23 Sentyabr 2021

İdmançımız dünya şempionu oldu

704
Sentyabrın 23-də Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə yeniyetmələrin dünya çempionatı keçirilib.

Bakupost.az xəbər verir ki, mundialda ölkəmizi baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 2 güləşçi təmsil edib və onların hər ikisi fəxri kürsüyə qalxıb.

Təmsilçimiz Musa Ağayev (60 kq) ilk görüşdə macar rəqini məğlub edib. Türkiyə güləşçisi ilə mübarizədə hesab açılmayıb. Rəqibin çəkisi daha az olduğu üçün qələbə ona verilib. Ancaq üçüncü qarşılaşmada Rumıniya idmançısına heç bir şans tanımayan M.Ağayev adını yarımfinala yazdırıb. Bu mərhələdə Rumıniyadan olan daha bir rəqibini məyus edən idmançımız həlledici görüşdə türkiyəli güləşçiyə uduzaraq gümüş medalı boynundan asıb.

Çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən Hüseyn Əliyev startda Yunanıstan təmsilçisinə gücünü göstərib. Həmyerlimiz Rumıniya güləşçisini minimal fərqlə üstələdikdən sonra Yunanıstanın daha bir idmançısına qalib gələrək yarımfinala vəsiqə qazanıb. Moldovadan olan rəqibinə də aman verməyən H.Əliyev finalda rumıniyalı idmançıya eyni aqibəti yaşadaraq dünya çempionu olub.

Qeyd edək ki, millimiz 1 qızıl və 1 gümüş medalla komanda hesabında dünya üçüncüsü olub.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər