Ru
20:34 / 10 Sentyabr 2025

İki avtomobil körpüdən aşıb, xəsarət alanlar var

İki avtomobil körpüdən aşıb, xəsarət alanlar var
Eye

Tovuzda iki avtomobil körpüdən aşıb, xəsarət alanlar var.

Bakupost.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Toyota Prius" və "Opel" markalı avtomobillər toqquşub, daha sonra aşıb.

Qəza zamanı 1989-cu il təvəllüdlü Zaur Mehdiyev və 2002-ci il təvəllüdlü Ağası Məmmədov müxtəlif xəsarətlər alıblar. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır.

Qeyd edək ki, xəsarət alanlar sürücüdürlər və taksi fəaliyyəti ilə məşğuldurlar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar