Ru
22:47 / 10 Sentyabr 2025

“Z nəsli inqilabı”: Hilton hoteli də məhv edildi - VİDEO

“Z nəsli inqilabı”: Hilton hoteli də məhv edildi - VİDEO
Eye

Nepalın paytaxtı Katmanduda baş verən gənclərin üsyanı zamanı ölkənin ən möhtəşəm tikililəri məhv edilib.

Bakupost.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, iğtişaşlar zamanı şəhərdə yerləşən 5 ulduzlu “Hilton” hoteli tamamilə yanaraq külə dönüb. Elə həmin gün Asiyanın ən böyük hökumət binası hesab olunan Sinxha Durbara sarayı da yanaraq məhv olub.

Bütün qarışıqlıq sosial şəbəkələrin qadağan edilməsindən sonra başlayıb. “Z nəsli” məhdudiyyətləri qəbul etməyərək küçələrə çıxıb və kütləvi etirazlar qısa zamanda silsilə zorakılıqlara çevrilib.

Nəticədə “Z nəsli inqilabı” hökumətin devrilməsi ilə başa çatıb: ölkənin baş naziri ölkədən qaçıb, maliyyə naziri isə qəzəbli izdihamın hücumuna məruz qalaraq az qala linç olunub.

Nepal tarixində görünməmiş bu iğtişaşlar regionda ciddi siyasi boşluq yaradıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar