Ru
20:26 / 10 Sentyabr 2025

Ermənistanın hərbi büdcəsi azalacaq

Ermənistanın hərbi büdcəsi azalacaq
Eye

Ermənistan 2026-cı ildə müdafiə xərclərini azalda bilər.

Bakupost.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə bildirib.

O qeyd edib ki, 2026-cı ildə müdafiə xərcləri 2024-cü illə müqayisədə təbii artım nümayiş etdirəcək. "Biz 2026-cı ildə müdafiə xərclərini 2025-ci illə müqayisədə isə artırmağı deyil, əksinə, azaltmağı planlaşdırırıq", - baş nazir qeyd edib.

N.Paşinyan əlavə edib ki, Ermənistan 2024-cü ilin büdcəsi ilə müqayisədə 2025-ci ildə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb:

"Bu artım müəyyən təxirəsalınmaz ehtiyaclarla bağlı olub. Məsələn, biz 2030 və ya 2035-ci ildə ödəməli olduğumuz borcları və öhdəlikləri azaltmağı məqsədəuyğun hesab etdik", - o qeyd edib.

Qeyd edək ki, 2025-ci ildə Ermənistanın müdafiə xərcləri 20% artaraq 664 milyard dram (1,71 milyard dollar) təşkil edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar