Ru
20:42 / 10 Sentyabr 2025

Nepalda iğtişaşlar: ölənlərin sayı 30-a çatdı

Nepalda iğtişaşlar: ölənlərin sayı 30-a çatdı
Eye

Nepalda hökumət əleyhinə etirazlar zamanı 30-dan çox insan ölüb, 1000-dən artıq şəxs yaralanıb.

Bakupost.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata əsasən, yaralılardan 713 nəfər artıq evə buraxılıb.Ümumilikdə 28 xəstəxanada yaralılara yardım göstərilir.

Nazirlik səhiyyə müəssisələrini yüksək hazırlıq vəziyyətində qalmağa çağırıb.

Qeyd edək ki, sentyabrın 7-dən etibarən Nepalın müxtəlif şəhərlərində sosial şəbəkələrin bloklanmasına etiraz olaraq genişmiqyaslı iğtişaşlar başlayıb. Nəticədə baş nazir Şarma Oli istefa verib. Etirazçılar dövlət binalarını və siyasətçilərin evlərini yandırıb, keçmiş baş nazirin həyat yoldaşı isə öldürülüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar