İsrail aviasiyası Yəmənin paytaxtı Sənada "Ənsar Allah" üsyançı hərəkatı husilərinin nəzarətində olan bir neçə obyektə hücum edib.
Bakupost.az xəbər verir ki, zərbələrin əsas hədəfləri Müdafiə Nazirliyi və üsyançıların Baş Qərargahı olub.
Husilərin Səhiyyə Nazirliyi 9 nəfərin öldüyünü, 118 nəfərin isə yaralandığını açıqlayıb.
Hazırda müvafiq xidmətlər dəymiş ziyanın miqyasını müəyyən edir və zərərçəkənlər haqqında məlumat toplayırlar.
Bildirilir ki, Sənanın mərkəzindəki yanacaq anbarı və hərbi obyekt də vurulub. Hücumun digər hədəfi husi hökumətinin nəzarətində olan Maliyyə Nazirliyinin yerləşdiyi ərazi olub.