Ru
20:00 / 07 Avqust 2025

İki ayda Gəncə stadionunda ikinci ölüm: ARAŞDIRMA BAŞLANILDI

İki ayda Gəncə stadionunda ikinci ölüm: ARAŞDIRMA BAŞLANILDI
Eye

Tikinti aparılan Gəncə mərkəzi stadionunda növbəti ölüm faktı qeydə alınıb.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, stadionda çalışan 1973-cü il təvəllüdlü Samir Əliyev vəfat edib.

İlkin məlumata görə, S. Əliyevin səhhəti anidən pisləşib və o dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Qeyd edək ki, iyun ayının 28-də Gəncə şəhər stadionun tikintisində işləyən Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin işçisi 1975-ci il təvəllüdlü Şahin Talıbov iş başında qəflətən vəfat etmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar