Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edir.
Bakupost.az xəbər verir ki, dövlətimizin başçısını Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev qarşıladı.
Azərbaycan Prezidenti və tədbirdə iştirak edən digər dövlət başçıları birgə foto çəkdirdilər.