Prezident İlham Əliyevin Slovakiya lideri Peter Pelleqriniyə qılınc hədiyyə etməsi 3 məqama görə diqqət çəkdi:
1. Pelleqrini ilə görüş Şuşada oldu və hədiyyə də bu şəhərdə təqdim edildi. Şuşanın Azərbaycan üçün hansı anlam kəsb etdiyini izah etməyə ehtiyac yoxdur;
2. Qılınc - qədim türk qılıncı formasında hazırlanmış xüsusi suvenirdir.
Birinci və ikinci məqamlar bir-birini tam mənası ilə tamamlayır və paralel olaraq həm türk birliyi, həm də Şuşa Bəyannaməsinə assosiasiya doğurur.
3. 7-8 iyulda Ankarada keçirilən NATO Zirvəsinə alyansa daxil olan bütün ölkələrin rəhbərləri qatılmışdı. Qardaş ölkə lideri Rəcəb Tayyib Ərdoğan NATO ölkələrinin rəhbərlərinə barabanlı tapança - revolver və bir xəzinə (6 ədəd) güllə hədiyyə etdi.
Dünya mediası və beynəlxalq ekspertlər Ərdoğanın bu hədiyyəsini “qeyri-adi və dövrə uyğun mükəmməl mesaj” adlandırdılar.
Cəmi bir həftə fərqlə IV Şuşa Qlobal Media Forumanda dünya mediasının manşetlərinə düşən bəyanatlar verən İlham Əliyev eyni zamanda Avropa ölkəsinin liderinə rəmzi hədiyyə ilə mesajını da çatdırdı.
Ərdoğanın Ukrayna ilə bağlı NATO Sammitində səsləndirdiyi fikirlərlə İlham Əliyevin Şuşa Forumunda Ukrayna haqda ifadə etdiyi mövqeyi də tam-tamına üst-üstə düşürdü.
İlham Əliyev “dünyada Azərbaycan və Türkiyə qədər yaxın olan” başqa müttəfiq və ölkələr olmadığını da təsadüfən xatırlatmadı.
Qardaş ölkələrin qardaş rəhbərləri birgə siyasət aparır - mesajları da eyni hədəfədir...
Azər Məlikli,
BakuPost