Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 21–22-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirakı gözlənilir.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə açıqlamasında bildirib.
Dmitri Peskov qeyd edib ki, Azərbaycan Prezidentinin Rusiyaya səfərinə hazırda hazırlıq işləri aparılır. Onun sözlərinə görə, sammitdə MDB məkanında mövcud vəziyyət, regional proseslər və dövlətlərarası əməkdaşlıq məsələlərinin müzakirə olunması nəzərdə tutulur.
Qeyd edək ki, MDB dövlət başçılarının qeyri-rəsmi sammitləri adətən tərəflər arasında aktual siyasi və iqtisadi mövzuların açıq formatda müzakirəsi baxımından mühüm platforma hesab olunur.