Ru
16:38 / 23 İyul 2025

İlon Maskın robot ofisiantları belə işləyir – VİDEO

İlon Maskın robot ofisiantları belə işləyir –  VİDEO
Eye

ABŞ-nin Hollivud şəhərində İlon Maskın rəhbərlik etdiyi Tesla şirkəti tərəfindən unikal konsepsiyaya malik futuristik restoran açılıb.

Bakupost.az xəbər verir ki, ikimərtəbəli fastfud restoranı olan “Tesla Diner” həm texnologiya, həm də əyləncə baxımından bir ilkə imza atır.

Restoranda müştərilərə xidmət edənlər adi insanlar deyil – sifarişləri “Tesla Optimus” robotları qəbul edir və çatdırır. 250 nəfərlik tutuma malik bu məkan həm texnoloji, həm də dizayn baxımından fərqlənir. Xarici media qurumlarının fikrincə, bu restoran “McDonald’s” və “Wendy’s” kimi iri fastfud şəbəkələrinə real rəqib ola bilər.

Birinci mərtəbədə qonaqlar müxtəlif yeməklərdən dadmaq imkanı əldə edirlər. İkinci mərtəbədə isə ziyarətçilər 14 metrlik iki nəhəng ekrandan birində film izləyə, eyni zamanda robotlardan popkorn ala bilirlər.

Aysel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar