Dörd aydır Silivri Həbsxanasında saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu xəstəxanalıq olub.
Balupost.az “Sözcü”yə istinadən xəbər verir ki, İmamoğlu bel ağrısı şikayəti ilə tibb müəssisəsinə aparılıb.
O, müayinələrdən sonra həbsxanaya geri qaytarılıb.
Qeyd edək ki, bu il yanvarın 20-də Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olduğu müddətdə İstanbul baş prokuroru Akın Gürlek və ailəsi haqqında söylədiyi ifadələr səbəbilə “vəzifəsinə görə dövlət məmurunu açıq şəkildə təhqir etmək”, “təhdid etmək” və “terrorla mübarizədə əməyi olan şəxsləri hədəf almaq” maddələri ilə ittiham edilib. Ona 1 il 8 ay həbs cəzası verilib.