Ru
16:46 / 11 Fevral 2026

İmişlidə iki avtomobil toqquşdu, biri aşdı - Xəsarət alanlar var - FOTOLAR

İmişlidə iki avtomobil toqquşdu, biri aşdı - Xəsarət alanlar var - FOTOLAR
Eye

İmişli rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Bakupost.az xəbər verir ki, hadisə avtomobil yolunun rayonun Qaralar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İmişli şəhər sakini 1986-cı il təvəllüdlü Cavad Bəxtiyar oğlu Cavadzadənin idarə etdiyi “Hyundai” markalı avtomobillə İmişli rayonunun Xəlfəli kənd sakini 1991-ci il təvəllüdlü Baba Əli oğlu Ağayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alanlar - İmişli rayonunun Xəlfəli kənd sakinləri 1996-cı il təvəllüdlü T.Ağayeva, 2014-cü il təvəllüdlü Z.Ağayeva, 2019-cu il təvəllüdlü M.Ağayeva İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar