İmişlidə 56 yaşlı keçmiş məhkum dəm qazından boğularaq ölüb.
Bakupost.az xəbər verir ki, hadisə rayonun Çahar kəndində qeydə alınıb.
Kənd sakini, əvvəllər dələduzluq cinayətindən məhkum olunmuş 1969-cu il təvəllüdlü Mehman Nəsirov yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.