İndoneziyada sərnişin avtobusu ilə yanacaq tankeri toqquşub. Qəzadan sonra güclü yanğın başlayıb. Hər iki nəqliyyat vasitəsi külə dönüb.
Bakupost.az yerli KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 16 nəfər yanaraq ölüb. 4 nəfər isə yaralanıb.
Qeyd edək ki, ötən həftə də İndoneziyada çox sayda insan öülümü ilə nəticələnən qəza baş vermişdi. Qatar toqquşması nəticəsində 16 nəfər ölmüş, 84 nəfər yaralanmışdı.
Bahar Babaşova, BakuPost