Çin istehsalı olan 5-ci nəsil J-20 qırıcı təyyarələri geniş ictimaiyyətə təqdim olunub.
BakıPost.az rus mətbuatına istinadən xəbər verir ki, təyyarənin 2011-ci ildə ilk sınaq uçuşu olmuşdu. Qırıcının istifadəyə verilməsi 2017-2019-cu illərdə gözlənilirdi.
J-20-yə çin hərbçilərinin istifadəyə yararsız hesab etdiyi Al-31FH mühərrikləri quraşdırılıb.
Bu təyyarənin bir çox taktiki-texniki xarakteristikası hələ ki, sirr olaraq qalır.
J-20 bir çox parametrlərinə görə rus MiQ 144 və 5-ci dərəcə amerikan qırıcıları F-22 və F-35-ə uyğun gəlir.