Ru
09:37 / 17 Dekabr 2025

“İnstagram”dan unikal yenilik – Videoları televizorda izləmək olacaq

“İnstagram”dan unikal yenilik – Videoları televizorda izləmək olacaq
Eye

“İnstaqram”ın sahibi “Meta” şirkəti istifadəçilərin “Reels” videolarını televizorda, böyük ekranda izləməsi üçün yeni “Instagram TV” adlı tətbiq təqdim edib.

Bakupost.az “The Verge” istinadən xəbər verir ki. yeni tətbiq ilk mərhələdə “Amazon Fire TV” platformasında (ağıllı televizorlar üçün) istifadəyə veriləcək. Şirkət daha sonra daha çox insanın istifadə etməsi üçün bu tətbiqi digər Smart TV platformalarına da çıxarmağı planlaşdırır.

Məlumata görə, tətbiqin imkanları mobil “Instagram”dan ciddi şəkildə fərqlənməyəcək. Videolar əvvəlki kimi şaquli formatda göstəriləcək.

“Instagram”ın rəsmisi Adam Mosseri bu yeniliklə bağlı hələ oktyabr ayında açıqlama vermişdi. O bildirmişdi ki, əgər insanlar sosial şəbəkələrdən televizorda istifadə edirlərsə, “Instagram” da bu istiqamətdə addım atmalıdır.

Mosseri böyük ekranlarda “YouTube”un uğurunu nümunə göstərərək, “Meta”nın belə bir tətbiqi daha əvvəl hazırlamalı olduğunu da etiraf edib.

Qeyd edək ki, hazırda “İnstagram” tətbiqi açılan zaman istifadəçilərə birbaşa fotolar deyil, qısa videolar (Reels) bölməsi göstərilə bilər. Şirkət bu addımla “Reels”in populyarlığını daha da artırmağı hədəfləyir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar