17:12 / 08 Oktyabr 2021

İnterneti ən çox məhdudlaşdıran ölkələr: Azərbaycan neçəncidir?

642
"comparitech.com" platforması dünyada internet azadlığının xəritəsini təqdim edib.

Bakupost.az xəbər verir ki, məlumata görə, araşdırmada dünyada internetə ən sərt formada məhdudiyyət tətbiq edən ölkələrlə internet azadlığı sahəsində ən qabaqcıl ölkələr müqayisə edilib. İnternet məhdudiyyətlərinə torrentə, pornoqrafiyaya, sosial mediaya, VPN-lərə qoyulan qadağalar, həmçinin siyasi medianın məruz qaldığı senzuralar daxildir. Bu il məhdudiyyətlər siyahısına VoIP/mesaj tətbiqi də əlavə edilib.

Siyahıda hər bir ölkə 6 kriteriya üzrə analizdən keçirilib. Kriteriyalardan hər biri 2 xalla qiyməndirilir. Burada bir xallıq VoIP/mesaj tətbiqi istisna edilib (Çünki əksər ölkələr bu tətbiqləri məhdudlaşdırır, əvəzində ölkə daxilində dövlət və telekom provayderlərinin tətbiqlərinin işləməsinə icazə verirlər). Bir ölkə əgər torrentlərə, pornoqrafiyaya, xəbər mediasına, sosial mediaya, VPN-lərə, VoIP/mesaj tətbiqlərə məhdudiyyət tətbiq edib, amma əlçatan edirsə, bir xal alır, bunları tamamilə qadğan edirsə, 2 xal alır. Hər ölkə kriteriyalar üzrə nə qədər çox xalq toplasa, bu o deməkdir, internetə ən çox məhdudiyyət burada tətbiq edilir.

Dünyada ən sərt şəkildə internet məhdudlaşdıran ölkələr bunlardır:

1. Şimali Koreya və Çin (11/11)
2. İran (10/11)
3. Belarus, Qətər, Suriya, Tayland, Türkmənistan və BƏƏ (8/11)

Azərbaycan 5/11 xalla siyahının ortalarında qərarlaşıb. Azərbaycanda sosial media, pornoqrafiya, torrentlər məhdudlaşdırılsa da, tamamilə qadağan olunmadığı, VPN-lərin nə qadağan, nə də məhdudiyyət tətbiq edilmədiyi, həmçinin VoIP/mesaj tətbiqlərinə məhdudiyyətlərin tətbiq edilmədiyi qeyd edilib. Siyasi məzmunlu mediaya isə senzuranın tətbiq olunduğu bildirilib. Nəticədə Azərbaycan 11 kateqoriya üzərindən 5 xal alıb.

Qonşu ölkələrdən Gürcüstan (2/11) və Ermənistan (3/11) internet azadlığı indeksində Azərbaycanı qabaqlayıb. Türkiyə (7/11) və Rusiyanın (7/11) isə daha geridə olduğu məlum olub.

Yeni Zelandiya, İsveçrə, Estoniya, Monqolustan, Çili, Namibiya və s. kimi ölkələrsə dünyada internet azadlıqlarının ən çox olduğu ölkələrdir.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər