Ru
00:11 / 13 İyun 2020

“Sərt karantin rejimi aqrar sektora zərbədir” - İqtisadçı

6895
"Operativ Qərargahdan bəyan ediblər ki, uzunmüddətli sərt karantin rejimi bərpa edilə bilər. Aprel-may aylarını əhatə edən məhdudiyyətlər əsasən turizm, ictimai-iaşə, topdansatış və qeyri-ərzaq ticarətinə ağır zərbə oldu. Artıq karantin rejiminin uzanması aqrar sektora öz zərbələrini vurmağa başlayır".

"BakuPost" xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev "Facebook" hesabında qeyd edib. Onun sözlərinə görə, karantin rejiminin uzadılması aqrar sektora da zərbə vurmağa başlayır:

"Nəzərə alınmalıdır ki, aqarar sektor daha böyük sayda əhali kütləsi üçün dolanışıq və həyatda qalma mənbəyidir. Əgər hökumət sərtləşdirməyə gedirsə, bu sektorun itkilərinin azaldılması və dəstək mexanizmləri barədə düşünməlidir. Məsələn, indiki təcrübədə 2 günlük sərt rejim tətbiq olunursa, bu o deməkdir ki, fermerlər ən azından 3 gün böyük bazarlara məhsul göndərə bilmirlər. Kənd təsərrüfatı məhsullarının əsas istehlakçısı isə giriş-çıxışı tam bağlanan iri şəhərlərdir. Xüsusilə də meyvə-tərəvəz məhsulları gündəlik dərilib bazara çıxarımadıqda itkilər baş verir".


R. Ağayev həmçinin "hələlik hökumətin davranışından belə görünür ki, sanki virusun təsirləri elə 2 aylıq imiş və birbaşa maliyyə dəstəyi mexanizmləri də elə 2 ayla yekunlaşdı. Əgər TƏBİB uzunmüddətli sərt karantin rejimi haqda danışırsa, iqtisadi strukturlar da uzunmüddətli iqtisadi dəstək mexanizmləri, potensial risk sektorları ilə bağlı özlərinin yeni planlarını ortaya qoymalıdırlar", - deyə qeyd edib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər