Tehran və Vaşinqton Cenevrədə keçirilən dolayı danışıqların ikinci mərhələsi zamanı bir sıra ortaq məsələlər üzrə anlaşma əldə ediblər.
Bakupost.az xəbər verir ki, bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, məsləhətləşmələr ciddi atmosferdə keçirilib.
Həmçinin qeyd edilir ki, məsləhətləşmələrdən sonra danışıqların daha bir mərhələsini keçirmək barədə razılıq əldə olunub.