Ermənistanda bütün ermənilərin Katolikosu II Qareginin yaxın qohumları barəsində seçki prosesinə maneçilik törətmə ittihamı ilə bağlı məhkəmə qərarı verilib.
Bakupost.az xəbər verir ki, Katolikosun qardaşı Gevorq Nersisyan və qardaşı oğlu Ambartsum Nersisyan barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib.
Məhkəmənin qərarı ilə onlar hər biri üçün bir milyon dram məbləğində girov müqabilində 3 aylıq ev dustaqlığına buraxılıblar.
Qeyd edək ki, fevralın əvvəlində Ermənistan Baş Prokurorluğu II Qareginin özünə qarşı da məhkəmə qərarının icrasına mane olma ittihamı ilə cinayət işi başladaraq, onun ölkədən çıxışına qadağa qoyub.
Xatırladaq ki, ata və oğul ötən ilin noyabrın 3-də Vaqarşapatdakı yerli seçkilər zamanı saxlanılmışdılar.