Ru
22:19 / 17 Fevral 2026

ABŞ-nin "nüvə casusu" Böyük Britaniya sahillərində təhlükə siqnalı göndərdi: Nə baş verir?

ABŞ-nin "nüvə casusu" Böyük Britaniya sahillərində təhlükə siqnalı göndərdi: Nə baş verir?
Eye

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Boeing WC-135R" reaktiv təyyarəsi Böyük Britaniya sahillərinə yaxınlaşarkən "Squawk 7700" təhlükə siqnalı göndərib ki, bu da göyərtədə ümumi fövqəladə vəziyyət olduğuna işarədir.

Bakupost.az xəbər verir ki, bu barədə "North Norfolk News" nəşri məlumat verib.

Məlumata görə, təyyarə Bakı vaxtı ilə saat 11:21-də Saffolkdakı Mildenholl hərbi-hava bazasından havaya qalxıb və daha sonra Norveç üzərindən geri dönüb. Norfolk adası sahillərinə yaxınlaşarkən təyyarə fövqəladə hal barədə elan verib. Bu qərarın dəqiq səbəbi açıqlanmır. Bakı vaxtı ilə saat 14:10-da təyyarə havaya qalxdığı eyni aviabazaya eniş edib.

Qeyd edək ki, yanvar ayının sonunda "nüvə casusu" adlandırılan təyyarə Böyük Britaniyadakı Mildenholl hərbi-hava bazasına eniş edib. Bu, ABŞ Prezidenti Donald Trampın İrana qarşı təhdidləri fonunda baş verib.

"Boeing WC-135R Constant Phoenix" xüsusi təyinatlı təyyarədir və "Boeing C-135 Stratolifter"in bazası əsasında yaradılıb, ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilir. Onun missiyası nüvə partlayışlarını aşkarlamaq və identifikasiya məqsədilə atmosferdən nümunələr toplamaqdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar