Ru
23:06 / 17 Fevral 2026

Azərbaycanda İkinci Dünya Müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI – RƏSMİ

Azərbaycanda İkinci Dünya Müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI – RƏSMİ
Eye

Hazırda ölkə üzrə 14 nəfər İkinci Dünya müharibəsi iştirakçısı var.

Bakupost.az xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Qeyd edilib ki, İkinci Dünya müharibəsi iştirakçıları aylıq pensiya və təqaüdlə təmin edilirlər.

Pensiyalarının üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanıb.

Hər il 9 May - Qələbə günü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu təbəqədən olan vətəndaşlara birdəfəlik yardım verilməsi barədə Sərəncam imzalanır.

2025-ci ildə də dövlətimizin başçısı tərəfindən imzalanmış Sərəncamla İkinci Dünya müharibəsi iştirakçılarına 2500 manat, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə və b. 1250 manat birdəfəlik maddi yardım ödənilib.

Ötən dövrdə İkinci Dünya müharibəsi ilə əlaqədar əlilliyi olanların mənzil və avtomobillə təminatı da həyata keçirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar