Ru
22:57 / 17 Fevral 2026

"Nyukasl"ın futbolçusundan "Qarabağ" haqda: Qeyri-adi...

"Nyukasl"ın futbolçusundan "Qarabağ" haqda: Qeyri-adi...
Eye

"Qarabağ" müsbət mənada qeyri-adi komandadır.


Bakupost.az "Report"a istinadla xəbər verir ki, bunu "Nyukasl" klubunun futbolçusu Antoni Elanqa "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Hücumçu Bakıdakı ilk matçda sərfəli nəticə qazanmaq istədiklərini söyləyib:

"Komandamızın uğur qazanması üçün çalışırıq. Sabahkı matça fokuslanmışıq. İnanırıq ki, istədiyimiz nəticəni əldə edəcəyik. "Qarabağ" müsbət mənada qeyri-adi komandadır. Onlar kollektiv olaraq yaxşı çıxış edirlər".

O, "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində ilk 24-lüyə düşməsinə təəccüblənmədiklərini bildirib:

"Qarabağ" barədə məlumatımız var. Bu komandanın "Kopenhagen"ə qalib gəlməsi və "Çelsi" ilə heç-heçə etməsi diqqətimi çəkmişdi. Ümumiyyətlə, Çempionlar Liqasında zəif komanda olmadığını düşünürəm".

Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar