Paytaxtın Xətai rayonunun bəzi ərazilərində su kəsiləcək.
Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
"Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36 ünvanında üzərində fərdi yaşayış evi inşa olunduğuna görə, diametri 500 mm olan magistral su xəttində baş vermiş qəzanın qarşısını almaq və yeni xəttin çəkilməsini təmin etmək məqsədilə görülən işlər çərçivəsində 20 fevral tarixinədək UPD - NZS qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq. Bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək", - məlumatda qeyd olunub.