Ru
23:55 / 17 Fevral 2026

Səhnədə başlayan eşq: "1 ay sonra evləndik" - VİDEO

Səhnədə başlayan eşq: "1 ay sonra evləndik" - VİDEO
Eye

Xalq artisti Miri Yusifin bloger xanımı Nərgiz Mirbabayeva onunla tanışlıqlarından danışıb.

Bakupost.az xəbər verir ki, bununla bağlı video yayımlayan Nərgiz bunları deyib:

"2008-ci ildə yay tətilində Kiprdən Bakıya gəlmişdim. O vaxt Kiprdə oxuyurdum. Həyatımdan çox razı idim, gələcək planlarım var idi. Qardaşım məni konsertə dəvət etdi. Fasilədə Miri Yusiflə qarşılaşdım. Tanımadım, üzünə baxdım ki, bu oğlanı gömüşəm, tanış üzdür. Miri Yusif pərəstişkarları ilə foto çəkdirirdi. Yadımdan onun baxışı çıxmaz. Məndən gözünü çəkmirdi. Sonra konsert başladı, səhnəyə çıxdı. Səhnədə gördüm və dedim, həmin oğlan, tanıdım. Evə qayıtdım, bütün gecə düşündüm ki, Miri Yusifi bir də harada görəcəyəm. İlk baxışdan sevgi... Bizimki elə oldu.

Səhər qardaşımla qonaq gedirdik, bilmirdim hara gedirik. Gəldik və gördüm ki, biz Miri Yusifgilə qonaq getmişik. Həmin vaxt Miri Yusif harasa gedirdi, bizimlə görüşdü və qayıtdı evə. Daha yaxından tanış olduq, bütün axşamı gizlicə bir-birimizə baxdıq. Bizimkisi ilk baxışdan eşq oldu. Sonra bildim ki, hisslərim qarşılıqlıdır. 1 ay sonra evləndik. Ailələr bizim bu qərarımıza şok oldu. Hərə bir tərəfdən tərəddüd edirdi. Kiprdəki müstəqil həyat planlarım alt-üst oldu. İllər keçir və anlayıram ki, 19 yaşındakı qız doğru qərar alıb".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar