Ru
20:57 / 17 Fevral 2026

Daha bir itkin şəhidin nəşinin qalıqları tapıldı - Foto

Daha bir itkin şəhidin nəşinin qalıqları tapıldı - Foto
Eye

Əslən Cəlilabad rayonundan olan itkin şəhidin nəşinin qalıqları tapılıb.

Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Cəlilabad sakini, şəhid Quliyev Mahir Abuzər oğlunun nəşinin qalıqları müəyyən edilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq prosedurlar həyata keçirilir. Şəhidin nəşinin qalıqlarının dəfn mərasiminin doğma rayonunda — 19 fevral tarixində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, 1958-ci ildə Cəlilabadda anadan olan Mahir Quliyev könüllü olaraq döyüşlərə qatılıb. İki qızı və bir oğlu olan şəhid 1992-ci ilin 15 iyununda Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar